Benyamin Netanyahu İsrailin Donald Trampla fantastik münasibətinin olduğunu və ABŞ Prezidenti ilə demək olar ki, hər gün telefonla danışdığını bildirir
Benyamin Netanyahu İsrailin Donald Trampla fantastik münasibətinin olduğunu və ABŞ Prezidenti ilə demək olar ki, hər gün telefonla danışdığını bildirir

 

İsrailin Baş naziri Benyamin Netanyahu zərər görmüş xəstəxanaya baş çəkib. Bu barədə məlumatı “BBC” yayır.

Netanyahu jurnalistlərin suallarını da cavablandırıb və qeyd edib ki, İsrailin Donald Trampla fantastik münasibəti var və ABŞ Prezidenti ilə demək olar ki, hər gün telefonla danışır.

“Trampın İranın nüvə silahına sahib ola və uranı zənginləşdirə bilməyəcəyini söyləyərkən qəti qərarı, iradəsi və aydınlığı var. Tramp onlara bunu danışıqlar yolu ilə etmək şansı verdi, lakin onlar onu aldatdılar, Donald Trampı aldatmaq isə imkansızdır” – Netanyahu bildirib.

ABŞ-nin münaqişədə potensial iştirakı ilə bağlı suala Netanyahu cavab verib ki, bu prezident Trampın qərar verəcəyi məsələdir, lakin Amerika İsrailə artıq kömək edir.