Benyamin Netanyahu - İsrail üçün möhtəşəm gündür, tanrının köməyi ilə bütün girovları evə qaytaracağıq, prezident Trampa və komandasına minnətdarlığımı bildirirəm
Benyamin Netanyahu - İsrail üçün möhtəşəm gündür, tanrının köməyi ilə bütün girovları evə qaytaracağıq, prezident Trampa və komandasına minnətdarlığımı bildirirəm

 

İsrail üçün möhtəşəm gündür, tanrının köməyi ilə bütün girovları evə qaytaracağıq, prezident Trampa və komandasına minnətdarlığımı bildirirəm – İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və “HƏMAS” arasında imzalanmış razılaşmaya bu şəkildə münasibət bildirib.

“İsrail üçün möhtəşəm gündür. Sabah razılaşmanı təsdiqləmək və bütün dəyərli girovlarımızı evə qaytarmaq üçün hökuməti çağıracağam. Cəsarət və fədakarlığı sayəsində bu günə nail olduğumuz İsrailin Müdafiə Qüvvələrinin qəhrəman əsgərlərinə və təhlükəsizlik qüvvələrinə minnətdarlığımı bildirirəm. Girovlarımızı azad etmək üçün bu müqəddəs missiyanı səfərbər etdikləri üçün prezident Trampa və onun komandasına bütün qəlbimlə minnətdarlığımı bildirirəm. Tanrının köməyi ilə bütün məqsədlərimizə çatmağa və qonşularımızla sülhü genişləndirməyə birlikdə davam edəcəyik.

Tanrının köməyi ilə hamını evə qaytaracağıq” – Netanyahu yazır.

Xatırladaq ki, bir neçə dəqiqə əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və “HƏMAS”ın bütün girovların azad edilməsini əhatə edən sülh planının birinci mərhələsini imzaladığını bəyan edib.