Benyamin Netanyahu - İsrail Livanın cənub hissəsində təhlükəsizlik zonasını genişləndirir
İsrail Livanın cənub hissəsində təhlükəsizlik zonasını genişləndirir – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu bildirib ki, bu addım genişləndirilmiş bufer zonası yaradacaq, eləcə də İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşmasının quru yolu ilə İsrailə daxil olmasının qarşısını alacaq.
Son günlər ərzində İsrail ordusu Livanın cənubunda bir neçə körpünü partladıb. Müdafiə naziri İsrael Kats bu körpülərin silah daşımaq üçün istifadə edildiyini bildirib.