Benyamin Netanyahu – İsrail cəmiyyətinin əksəriyyəti anlayır ki, məhkəmə sistemində dəyişikliklər lazımdır, ona görə də biz görüşüb aktiv addımlar atmağa başlayacağıq
İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının əsaslı şəkildə yenidən baxılması üçün fəal addımlar axtardığını bəyan etdi. Bu barədə “Reuters” yazır.
Netanyahu qeyd edib ki, məhkəmə islahatına dəyişikliklər üzərində işi fəal şəkildə davam etdirəcək.
“İsrail cəmiyyətinin əksəriyyəti anlayır ki, məhkəmə sistemində dəyişikliklər lazımdır, ona görə də biz bu həftə görüşüb aktiv addımlar atmağa başlayacağıq”, – Hetanyahu bəyan etdi.
Xatərladaq ki, İsraildə son beş ay ərzində, hər həftə onminləcə insan məhkəmə islahatlarına etiraz üçün toplaşır.