Benyamin Netanyahu - İsrail deyil, əhaliyə qəsdən zərər vuran və ikiqat müharibə cinayətinə görə məsuliyyət daşıyan "HƏMAS"dır
Benyamin Netanyahu - İsrail deyil, əhaliyə qəsdən zərər vuran və ikiqat müharibə cinayətinə görə məsuliyyət daşıyan "HƏMAS"dır

 
İsrailin Baş naziri Benyamin Netanyahu Kanadanın Baş naziri Castin Trüdonun İsrailin Qəzza sektorunda qadın, uşaq və körpələrin qətlini dayandırmalı olduğu barədə bəyanatına münasibət bildirib.

“Əhaliyə qəsdən zərər vuran İsrail deyil, Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli hücumda dinc sakinlərin başını kəsən, yandıran və qətlə yetirən “HƏMAS”dır. Mülki əhalinin arxasında gizlənərək mülki insanları hədəfə alan ikiqat müharibə cinayətinə görə məsuliyyət daşıyan İsrail deyil, “HƏMAS”dır” -deyə Netanyahu “Twitter” səhifəsində yazır.