Benyamin Netanyahu – İsrail dəniz naviqasiyası azadlığını qoruyacaq

21:59, 07.07.2026

 

İsrail dəniz naviqasiyası azadlığını qoruyacaq – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu Hayfadakı dəniz bazasına səfəri zamanı deyib

“Mən sadə bir məqsəd qoymuşam. Dəniz Qüvvələrinin və İsrailin məqsədi İsrail dövləti üçün çox mühüm olan dəniz marşrutlarının və dəniz ticarətinin azadlığını təmin etməkdir” – Benyamin Netanyahu qeyd edib.

Netanyahu bu bəyanatı Hörmüz boğazında tankerlərə hücumlar barədə dəfələrlə yayılan məlumatlardan sonra verib. Həmçinin, Yəməndəki şiə “husilər” Qırmızı dənizdə gəmilərə hücum edəcəkləri ilə hədələyiblər.

Oxşar