Benyamin Netanyahu - İranın terrorçu tiranları xəstəxanaya və dinc əhaliyə qarşı raket hücumu həyata keçirdilər, Tehranda olan tiranlara tam bədəl ödədəcəyik
Benyamin Netanyahu - İranın terrorçu tiranları xəstəxanaya və dinc əhaliyə qarşı raket hücumu həyata keçirdilər, Tehranda olan tiranlara tam bədəl ödədəcəyik

 

İsrailin Baş naziri Benyamin Netanyahu İranın Soroka xəstəxanasına hücumuna münasibət bildirir.

O, deyib ki, İsrail Tehranda olan tiranlara tam bədəl ödədəcək.

“Bu gün səhər İranın terrorçu tiranları Beerşebada yerləşən Soroka xəstəxanasına və mülki şəxslərə qarşı raket hücumu həyata keçirdilər. Tehranda olan tiranlara tam bədəl ödədəcəyik” – Benyamin Netanyahu yazır.

Xatırladaq ki, bu gün səhər İran İsrailə ballistik raketlərlə hücum edib. Hücum nəticəsində 65 nəfər yaralanıb.