Benyamin Netanyahu - İranda rejim dəyişikliyi İran xalqının əlindədir
İsrailin Baş naziri Benyamin Netanyahu İranda rejim dəyişikliyinin İran xalqının əlində olduğunu bildirib.
“İran xalqının tiraniyanın boyunduruğundan azad edilməsi bizim istəyimizdir. Nəticədə, bu, onların özlərindən asılıdır. Lakin şübhəsizdir ki, indiyə qədər həyata keçirilmiş tədbirlərlə onların sümüklərini sındırırıq” – İsrailin Baş naziri bildirib.
Benyamin Netanyahunun sözlərinə əsasən, əgər İsrail və İran xalqları birlikdə uğur qazanarsa, bu, İranda uzunmüddətli dəyişikliklər üçün əsas ola bilər.
Həmçinin, İsrailin Baş naziri son hadisələr fonunda İsrailin dünyadakı mövqeyinin xeyli möhkəmləndiyini qeyd edib.