Benyamin Netanyahu - "HƏMAS"ın məğlub edilməsi planı çərçivəsində, İsrail bütün Qəzzaya nəzarət edəcək
Benyamin Netanyahu - "HƏMAS"ın məğlub edilməsi planı çərçivəsində, İsrail bütün Qəzzaya nəzarət edəcək

 

“HƏMAS”ın məğlub edilməsi planı çərçivəsində, İsrail bütün Qəzzaya nəzarət edəcək – bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu bildirib ki, məqsəd son nəticədə əraziyə bütövlükdə İsrail Müdafiə Qüvvələrinin nəzarət etdiyi və “HƏMAS”ın heç nə almadığı, Qəzzanın bütün mülki əhalisinin isə yardım ala bildiyi vəziyyətə nail olmaqdır.

“Bu, müharibə və qələbənin planıdır. Böyük döyüşlər gedir, intensiv və genişmiqyaslı və biz yaxınlaşırıq. Biz (Qəzza sektorunun) hər bir hissəsinə nəzarət etmək niyyətindəyik, məhz bunu etmək niyyətindəyik” – Benyamin Netanyahu qeyd edib.

Eyni zamanda, İsrail mediası İsrail Müdafiə Qüvvələrinin Xan Yunis şəhərini döyüş bölgəsi elan etdiyini və Qəzza əhalisini getməyə çağırdığını yazır.

“İsrail Müdafiə Qüvvələri bu ərazidə terror təşkilatlarının imkanlarını məhv etmək üçün misli görünməmiş hücum həyata keçirəcək” – İsrail Ordusunda bəyan ediblər.