Benyamin Netanyahu - "HƏMAS" tərksilah olmalıdır, yoxsa cəhənnəm partlayacaq
“HƏMAS” tərksilah olmalıdır, yoxsa cəhənnəm partlayacaq – bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
İsrail hökumətinin başçısı ümid edir ki, İsrail və “HƏMAS” arasında razılaşmanın növbəti mərhələsi sülh xarakterli olacaq.
“Biz sülhə şans verməyə dair razılaşdıq. 20 bəndlik planın şərtləri çox aydındır. Məsələ yalnız girovlarımızı hərbçilərimizi çıxarmadan belə azad etməyimizdə deyil, həmçinin sonradan həm militarizasiya, həm də tərksilah olacaq. Bu eyni şey deyil. İlk növbədə, “HƏMAS” silahı yerə qoymalıdır. İkincisi — Qazzada silah müəssisələri olmadığına əmin olmalıyıq. Qazada silah qaçaqmalçılığı baş vermir. Bu demilitarizasiyadır” – Benyamin Netanyahu bildirib.