Benyamin Netanyahu - "HƏMAS" atəşkəs müqaviləsini və prezident Trampın 20 bəndlik planını pozmağa davam edir
İsrailin Baş naziri Benyamin Netanyahu “HƏMAS” qruplaşmasının atəşkəs müqaviləsi ilə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini bildirir.
O, İsrailin Müdafiə Qüvvələrinin zabitinin qruplaşmanın hədəfinə çevrildiyini, bunun da cavabsız qalmayacağını deyib.
“HƏMAS” terror təşkilatı atəşkəs müqaviləsini və prezident Trampın 20 bəndlik planını pozmağa davam edir. Onların silahsızlaşdırmadan davamlı və açıq şəkildə imtina etməsi müqavilənin açıq şəkildə pozulmasıdır. Bu gün də onların zorakı niyyətləri, pozuntuları partlayışla təsdiqləndi, nəticədə də İsrailin Müdafiə Qüvvələrinin zabiti yaralandı. “HƏMAS” idarəçilikdən uzaqlaşdırma, silahsızlaşdırma və dəradikalizasiyanı ehtiva edən imzaladıqları razılaşmaya əməl etməlidir. İsrail onlara uyğun şəkildə cavab verəcək” – Benyamin Netanyahu yazır.
İsrailin Müdafiə Qüvvələrinin məlumatına əsasən, Rafah rayonunda əməliyyat fəaliyyəti zamanı İsrailin Müdafiə Qüvvələrinin avtomobilinə quraşdırılmış partlayıcı qurğu partlayıb. Partlayış nəticəsində israilli zabit yaralanıb və tibbi yardım üçün xəstəxanaya aparılıb.