Benyamin Netanyahu guya oktyabrın əvvəlində İrana hücum etməyi planlaşdırdığı, lakin Donald Tramp tərəfindən dayandırıldığı barədə məlumatı təkzib edir – “Səhv məlumatdır”

17:18, 22.10.2026

 

İsrailin Baş naziri Benyamin Netanyahu guya oktyabrın əvvəlində İrana hücum etməyi planlaşdırdığı, lakin aralıq seçkilərindən əvvəl hərbi əməliyyatları bərpa etmək istəmədiyi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən dayandırıldığı barədə mediada yayılan məlumatı təkzib edir.

“Səhv məlumatdır” – Netanyahu mediaya açıqlayıb.

O, liderlərin nə haqda danışdıqlarını ictimailəşdirmək istəmədiyini bildirib.

Bununla yanaşı, Netanyahu 2025-ci ilin fevralında ABŞ Prezidentinə İsrailin İrana hücum etməyi planlaşdırdığını dediyini bəyan edir.

“Mən ona dedim: “Bizə qoşulsanız, çox sevinərik. Fordo kimi tanınan yerdə bir bunker var, onu bombalaya bilərsiniz. Bunu etsəniz, sevinərik, etməsəniz, bunu biz edəcəyik və bu, daha çətin olacaq. Qərar verin” – Netanyahu Trampla söhbətin təfərrüatlarını yada salıb.

Netanyahunun bəyanatına əsasən, 2025-ci ildə İrana hücum etməzdən əvvəl Tehran İsraili nüvə bombaları ilə məhv etməyi planlaşdırırdı.

“Financial Times”ın məqaləsinə əsasən, Benyamin Netanyahu oktyabrın 10-da İrana hücum etməyi planlaşdırırdı, lakin Donald Tramp onu dayandırdı. Yayılan məlumata əsasən, İranın nüvə obyektlərinə, hökumət qurumlarına və elektrik stansiyaları da daxil olmaqla mülki infrastrukturuna zərbələr endirilməsi planlaşdırılırdı.

Bununla yanaşı, “New York Times”ın məlumatına əsasən, Amerika Birləşmiş Ştatları və İsrail ABŞ-da aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyə hazırlaşır. Nəşrin məlumatına əsasən, yenilənmiş hərbi əməliyyatlar qısamüddətli, lakin intensiv olacaq.

Oxşar