Benyamin Netanyahu – Girovlarımıza zərər verməyə cəsarət edən hər kəs bunun əvəzini ödəyəcək, biz razılaşmanın pozulmasını qəbul etməyəcəyik

10:28, 31.01.2025

Girovlarımıza zərər verməyə cəsarət edən hər kəs bunun əvəzini ödəyəcək. – Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Bu razılaşma ilk növbədə qəhrəman əsgərlərimizin sayəsində, həmçinin danışıqlarda tutduğumuz qəti mövqe sayəsində əldə olunub. Biz bu müqavilənin heç bir pozulmasını qəbul etməyəcəyik. Bu gün girovlarımızın azad edilməsi zamanı hamımız dəhşətli mənzərələrin şahidi olduq. Girovlarımıza zərər verməyə cəsarət edən hər kəs bunun əvəzini ödəyəcək”. – Netanyahu qeyd edib.

Xan Yunisdə girovların təhvil verilməsi zamanı hadisə yerinə böyük izdiham yaranaraq, xaosa səbəb olub. İzdiham arasında 80 yaşlı israilli girov görünəndə vəziyyət xüsusilə gərginləşib.

Oxşar