Benyamin Netanyahu, “Flydubai” reysində baş verən hücumun 11 Sentyabr miqyasında faciəyə səbəb ola biləcəyini bəyan edir
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, “Flydubai” reysində baş verənlərin arxasında kimin dayandığını demək üçün hələ tezdir.
“Səudiyyə Ərəbistanında hücumçu pilotla bağlı təhqiqat aparılır. Düşünürəm ki, onu Birləşmiş Ərəb Əmirliklərinə aparacaqlar. O, ya oralıdır, ya da ən azı oradan havaya qalxıb. Biz prosesi izləyirik və ola bilsin, istintaqda da iştirak edək. Beləliklə, öyrənəcəyik” – İsrailin Baş naziri izah edib.
Bununla yanaşı, müsahibədə İsrailin Baş naziri hücumun təfərrüatlarından danışıb.
“Dubaydan İsrailə uçan reysdə, İsrailə yaxınlaşarkən pilotlardan biri digərinə hücum edib. Görünür, bıçaq zərbəsi vurub. O, qan itirirdi. Təyyarə idarəetməni itirərək burnu aşağı düşməyə başlayıb” – Netanyahu bildirir.
Netanyahu, bu insidentin “daha bir 11 Sentyabr”a səbəb ola biləcəyini deyib.