Benyamin Netanyahu Donald Trampla görüşün əsas mövzusunun İranla danışıqlar olacağını bildirir
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona yola düşüb.
Yola düşməzdən əvvəl mediaya danışan Netanyahu, Amerika Birləşmiş Ştatlarına yeddinci səfərinin iki ölkə arasındakı əlaqəni əks etdirdiyini bildirib.
İsrailin Baş naziri Donald Trampla söhbətin əsas mövzusunun İranla danışıqlar olacağını deyib.
“Prezident Trampla görüşmək üçün Amerika Birləşmiş Ştatlarına yeddinci səfərimi edirəm. İnanıram ki, bütün bunlar Amerika Birləşmiş Ştatları ilə olan unikal yaxınlığımızı və xüsusi münasibətimizi əks etdirir. Prezidentlə şəxsi münasibətim, eləcə də İsrail Dövləti ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibət tariximizdə misli görünməmişdir” – Benyamin Netanyahu qeyd edib.