Benyamin Netanyahu – Demokratiya təhlükədə deyil, “Dərin dövlət” təhlükədədir
Demokratiya təhlükədə deyil, “Dərin dövlət” təhlükədədir – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib.
“İsrail demokratiya olub və qalacaq. Demokratiya təhlükədə deyil, bürokratların hakimiyyəti təhlükədədir, “Dərin dövlət” təhlükədədir” – Netanyahu bildirib.
Bununla yanaşı, Knessetdə çıxış edərkən İsrailin Baş naziri qeyd edib ki, əgər “HƏMAS” əsirləri azad etməzsə, o zaman İsrail əraziləri zəbt edəcək.
“Qəzzada döyüşlər davam edir. “HƏMAS” girovları azad etməkdən nə qədər uzun müddət imtina etsə, təzyiqimiz bir o qədər güclü olacaq. Bu ərazilərin zəbt edilməsini və burada sadalamayacağım bir çox başqa şeyləri əhatə edir” – Netanyahu qeyd edib.