Benyamin Netanyahu - Biri guya İsrailin Çarli Kirkin qətli ilə əlaqəsi olduğuna dair dəhşətli, böyük yalan uydurub, bu, hiddət doğurucudur, ola bilsin, bəziləri bu şayiələri Qətərin maliyyə dəstəyi ilə yayır
İsrailin Baş naziri Benyamin Netanyahu amerikalı fəal Çarli Kirkin İsrail tərəfindən öldürülməsi ilə bağlı məlumatı “dəhşətli, böyük yalan” adlandırır.
İsraildə oxşar məlumatın ola bilsin Qətər tərəfindən maliyyələşdirilən insan tərəfindən yayıldığını ehtimal edirlər.
“Nasistlərin təbliğat naziri Cozef Qebbels dedi ki, yalan nə qədər böyük olsa, bir o qədər sürətlə yayılacaq. Biri guya İsrailin Çarli Kirkin dəhşətli qətli ilə nəsə əlaqəsi olduğuna dair dəhşətli, böyük yalan uydurub. Bu, dəlilikdir. Bu yalandır. Bu, hiddət doğurucudur. İndi bəziləri bu mənfur şayiələri yayır – ola bilsin, vəsvəsəyə görə, ola bilsin, Qətərin maliyyə dəstəyi ilə” – Benyamin Netanyahu qeyd edib.