Benyamin Netanyahu bildirir ki, İran İsrailə hücum edərsə, cavab qat-qat güclü olacaq – “Kimsə bizə hücum edəndə onlara ikiqat cavab vermədiyimiz günlər geridə qaldı”

19:51, 14.07.2026

 

İsrailin Baş naziri Benyamin Netanyahu bildirir ki, İran İsrailə hücum edərsə, Tehrana veriləcək cavab qat-qat güclü olacaq.

O, İsrailin hadisələrin inkişafının istənilən ssenarisinə hazır olduğunu bildirib.

Netanyahu həmçinin qeyd edib ki, Tehranın İsrailə hücum etdiyi və bunun əvəzində ağır bədəl ödəmədiyi dövr başa çatıb.

“İranın liderlərinə deyirəm: bizə hücum edəcəyiniz təqdirdə hər şeyin səssiz-səmirsiz ötüşəcəyinə ümid etməyin. Kimsə bizə hücum edəndə onlara ikiqat cavab vermədiyimiz günlər geridə qaldı. Bizə zərər verən hər kəsə qarşı bu cür davranacağıq. Biz bunu edirik” – Netanyahu bildirib.

Oxşar