Benyamin Netanyahu Ayətullah Əli Xameneinin aradan götürülməsi imkanını istisna etmədiyini bildirir
Benyamin Netanyahu Ayətullah Əli Xameneinin aradan götürülməsi imkanını istisna etmədiyini bildirir

 

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ruhani lideri Ayətullah Əli Xameneinin aradan götürülməsi imkanını istisna etmir. Baş nazir bu haqda Soroka Tibb Mərkəzini ziyarət edərkən deyib.

“Sərəncam verdim ki, heç kim toxunulmaz deyil. Hərəkətlərin öz sözünü deməsinə üstünlük verirəm. Bütün variantlar açıqdır” – Netanyahu bildirib.

O bildirib ki, ABŞ-nin müharibəyə qoşulması “prezident Trampın qərar verəcəyi məsələdir”.

“O, Amerika üçün yaxşı olanı edəcək, mən də İsrail üçün yaxşı olanı” – Netanyahu deyir və Trampın oyunu bildiyini qeyd edib.

Həmçinin, Netanyahu qeyd edir ki, İsrail bütün missiyanı müstəqil şəkildə yerinə yetirmək qabiliyyətindədir.

“Bu əməliyyatın sonunda İsrail üçün heç bir nüvə təhlükəsi və ballistik raket təhlükəsi olmayacaq” – Netanyahu qeyd edib.