Benyamin Netanyahu – Amerika və İsraildə, güclü sağçı lider seçkiləri qazananda, solçu “Dərin Dövlət” məhkəmə sistemini silah kimi istifadə edir

10:52, 20.03.2025

 

Amerika və İsraildə, güclü sağçı lider seçkiləri qazananda, solçu “Dərin Dövlət” məhkəmə sistemini silah kimi istifadə edir – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində yazıb.

“Amerika və İsraildə, güclü sağçı lider seçkiləri qazananda, solçu “Dərin Dövlət” məhkəmə sistemini xalqın iradəsinə maneə olmaq üçün silah kimi istifadə edir. Onlar heç bir yerdə qalib gəlməyəcəklər! Biz birlikdə möhkəm dayanırıq” – İsrailin Baş naziri yazır.

“Times of Israel” nəşrinin yazdığı kimi, İsrailin Baş nazirinin bu bəyanatından qısa müddət əvvəl, polis Netanyahunun köməkçiləri ilə bağlı cari istintaq çərçivəsində iki şübhəli şəxsi dindirmək məqsədilə saxlayıb. İstintaq, baş nazirin bir və ya daha çox köməkçisinin Qətərdən minlərlə dollar alma ehtimalını araşdırır.

Həmçinin, “Times of Israel” yazır ki, Netanyahu əvvəlcə bəyanatı X sosial şəbəkəsində baş nazirin rəsmi hesabında paylaşıb, lakin tez bir zamanda silib və eyni mətni şəxsi hesabından paylaşıb.

Oxşar