Benjamin Netanyahu – “İsrail Donald Trampın İran limanlarının bloklanması ilə bağlı planlarını dəstəkləyir”
Benjamin Netanyahu – İsrail Donald Trampın İran limanlarının bloklanması ilə bağlı planlarını dəstəkləyir, – bu barədə İsrailin baş naziri bildirib.
İsrail kabinetinin iclasında çıxış edən Netanyahu deyib ki, Tramp bu hədələri Tehranla aparılan sülh danışıqları zamanı İranın “qaydaları pozması” səbəbilə səsləndirib.
“Prezident Tramp onlara dəniz blokadası tətbiq etmək qərarı verib. Biz, əlbəttə, bu sərt mövqeni dəstəkləyirik və ABŞ-la koordinasiyadayıq”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, J.D. Vance Pakistan danışıqlarında razılaşmadan sonra ona məlumat verib. Netanyahu bildirib ki, ABŞ-ın vitse-prezidenti İslamabaddan ayrıldıqdan sonra təyyarədən zəng edərək “əsas məsələnin İrandan bütün zənginləşdirilmiş materialların çıxarılması və uran zənginləşdirmənin bir daha olmamasının təmin edilməsi olduğunu” izah edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump-ın açıqlamasına görə, 13 apreldə ABŞ vaxtı ilə saat 10:00-da İran limanlarına daxil olan və ya çıxan gəmilərin bloklanmasına başlanacaq.