Beni Qants- girovların azad edilməsinə dair razılaşma olsa belə, İsrail Qəzzanı "HƏMAS"dan azad etmək üçün mübarizəni davam etdirəcək
Beni Qants- girovların azad edilməsinə dair razılaşma olsa belə, İsrail Qəzzanı "HƏMAS"dan azad etmək üçün mübarizəni davam etdirəcək

 
Girovların azad edilməsinə dair razılaşma olsa belə, İsrail Qəzzanı “HƏMAS”dan azad etmək üçün mübarizəni davam etdirəcək-bu barədə İsrailin Müharibə Kabinetinin üzvü və keçmiş müdafiə naziri Beni Qants danışıb.

“Girovları azad etmək üçün atəşkəs lazım olsa belə, müharibə dayanmayacaq. Hədəflərimizə çatana qədər davam edəcəyik”- Qants bildirib.

Məlum olduğu kimi, oktyabrın 7-də İsrailə hücum zamanı “HƏMAS” ümumilikdə 240 nəfəri girov götürüb.

“İsrail girovları təhlükəsiz şəkildə evlərinə qaytarmaq üçün bütün siyasi və hərbi səyləri göstərir. İstənilən vasitə ilə hər kəsi geri qaytarmaq üçün əlimizdən gələni edirik “-deyə Beni Qants açıqlayıb.