Ben Uollesin bəyan etdiyinə görə, Britaniya qışda Ukrayna ordusuna yardımını artıracaq
Birləşmiş Krallığın Müdafiə naziri, Ben Uollesin bəyan etdiyinə görə, Britaniya qışda Ukrayna ordusuna yardımını artıracaq.
Elə onun dediyinə görə, Birləşmiş Krallıq əlavə min ədəd zenit-raket kompleksini Ukraynaya təhvil verdi və yaxın gələcəkdə daha min ədədini də verəcək.
Lakin Müdafiə Nazirliyi hansı tip raketlərdən söhbət getdiyini dəqiqləşdirməyib. Açıqlandığı kimi, bu raketlər vasitəsilə pilotsuz təyyarələr və qanadlı raketlər vurula bilər.
Bununla yanaşı, medianın yazdığına görə, Britaniya Müdafiə Nazirliyi Ukraynaya çöldə gecələmək üçün lazım olan 12 min dəst avadanlıq təhvil verdi.