Belçikanın Liej şəhərində aksiyalar fonunda üçdən çox şəxsin toplanması qadağan edilib

17:37, 08.10.2026

 

Belçikanın Liej şəhərində aksiyalar fonunda üçdən çox şəxsin toplanması qadağan edilib. Qərarı tələbə aksiyaları zamanı toqquşmalar baş verdikdən sonra şəhərin meri Vili Demeyer qəbul edib.

Bu barədə xarici media yazır.

Liejin merinin qərarı bu gündən qüvvəyə minib və oktyabrın 16-sı saat 23:00-dək qüvvədə qalacaq.

Şəhərin meri küçədə toplananların polisin işini çətinləşdirdiyini açıqlayıb. O, aksiyalardakı qarşıdurmalar zamanı 43 polis əməkdaşının yaralandığını bildirib.

İstisna olaraq, qadağa bir ailənin üzvlərinə, yetkinlik yaşına çatmayanı valideyn və ya məsuliyyətli yetkin şəxs müşayiət etdikdə şamil olunmur. Bununla yanaşı, qadağa əvvəlcədən təsdiqlənmiş tədbirlərə də aid edilmir.

Oxşar