Belçikanın hərbi bazasının üzərində üçüncü gecədir pilotsuz uçuş aparatları görürlər, dronlar hərbi baza üzərində uçurdular
Belçikanın hərbi bazasının üzərində ardıcıl üçüncü gecədir pilotsuz uçuş aparatları görürlər. Dronlar Klaine-Broqel hərbi bazası üzərində uçurdular.
Hərbi bazada helikopter səfərbər edilib, lakin pilotsuz uçuş aparatları yoxa çıxıblar və ehtimal ki, Niderland istiqamətində uçublar.
Oktyabrın 31-i və noyabrın 1-də Limburq əyalətində hərbi baza üzərində dronun görünməsi haqda məlumat yayıldı. Belçikanın müdafiə naziri Teo Franken istintaq aparıldığını bildirib. Həmçinin, Leopoldburq və Marş-an-Famen hərbi əraziləri, eləcə də Durni və Ostend hava limanları üzərində də dronları müşahidə ediblər.