Belçikanın baş naziri Kiyevə getdi
Belçikanın baş naziri, Aleksandre de Kroo Kiyevdə səfərdədir. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparır.
Bu barədə Ukrayna prezidenti sosial şəbəkədə məlumat yayır.
“Belçikanın Baş naziri, Aleksandre de Kroonu Ukraynada salamlayıram. Biz danışıqlara başlayırıq. Əminəm ki, danışıqlar hər iki ölkə üçün məzmunlu və faydalı olacaq”, – Zelenski qeyd edir.