Belçikanın baş naziri, xarici işlər və müdafiə nazirləri Kiyevə gəliblər
Belçikanın Baş naziri Bart de Vever, xarici işlər naziri Maksim Prevo və müdafiə naziri Teo Franken Kiyevə gəliblər. Belçika nümayəndə heyəti baş nazirin rəhbərliyi altında prezident Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Belçikanın xarici işlər nazirinin yazdığı kimi, bu səfər öz azadlığı və gələcəyi uğrunda mübarizə aparan ukraynalılara həmrəylik, ümid və sarsılmaz dəstək jestidir.
Belçikalı yüksək rütbəli rəsmilər Buça şəhərinə gedərək Rusiyanın təcavüzünün qurbanlarının xatirəsini anıblar.
“Bu gün biz qurbanların xatirəsini anırıq, sağ qalanları dəstəkləyirik. Biz təsdiq edirik ki, Belçika Ukraynanın yanındadır. Ədalət qələbə çalmalıdır” – Belçikanın xarici işlər naziri qeyd edib.
Bu, Belçikanın yeni hökumətinin Ukraynaya ilk səfəridir.