Belçikanın Baş naziri - Bu vaxta qədər Trampı məmnun etməyə çalışırdıq, zərif idik, lakin o qədər qırmızı xətt keçilib ki, ləyaqətini qorumaqla bağlı seçim etmək məcburiyyətindəsən
Belçikanın Baş naziri - Bu vaxta qədər Trampı məmnun etməyə çalışırdıq, zərif idik, lakin o qədər qırmızı xətt keçilib ki, ləyaqətini qorumaqla bağlı seçim etmək məcburiyyətindəsən

 

Belçikanın Baş naziri Donald Trampın qırmızı xəttləri keçdiyini və əgər o, kursunu dəyişməsə, 80 illik Atlantizmin sona çata biləcəyini bildirib.

Baret de Veverin sözlərinə əsasən, Avropa indi yol ayrıcındadır və siyasətinin necə olacağına qərar verməlidir.

“Bu vaxta qədər yeni ABŞ Prezidentini məmnun etməyə çalışırdıq. Rüsumlar daxil olmaqla, çox zərif idik. Ukraynadakı müharibədə onun dəstəyini alacağımıza ümid edərək zərif olmuşuq… Lakin indi o qədər qırmızı xətt keçilib ki, ləyaqətini qorumaqla bağlı seçim etmək məcburiyyətindəsən. Biri var xoşbəxt vassal olasan. Biri də var bədbəxt qul olasan. İndi geri çəkilsən, ləyaqətini itirəcəksən. Və bu, yəqin ki, demokratiyada sahib ola biləcəyiniz ən qiymətli şeydir” – Belçikanın Baş naziri bildirib.

O, çərşənbə günü Belçika monarxı ilə birlikdə ABŞ Prezidenti ilə görüşməyi planlaşdırdığını bildirib.

“Lakin bu planlaşdırdığımızdan fərqli xarakter daşıyacaq. Yəqin ki, göndərməli olduğumuz mesaj bu olacaq: qırmızı xəttləri keçirsiniz. Ya bir yerdəyik, ya da bölünəcəyik və bölünsək, bu, əslində sona çatmaqda olan 80 illik Atlantizm dövrünün sonudur. Bilirsiniz, əgər köhnə ölürsə və yeni hələ doğulmamışsa, siz canavarlar dövründə yaşayırsınız və bu, onun canavar olmaq istəyib-istəməməsindən asılıdır” – Belçikanın Baş naziri bildirib.