Belçikada təhsil sistemində mövcud problemlərə etiraz edirlər, iğtişaşlar zamanı 107 nümayişçi saxlanılıb

19:51, 07.10.2026

 

Liej şəhərində yüzlərlə etirazçı Belçikanın təhsil sistemindəki problemlərə etiraz edir. Yerli medianın məlumatına əsasən, artıq bir neçə gündür ki, fəallar təhsil sistemində dəyişikliklər tələb edirlər.

Bununla yanaşı, medianın məlumatında, aksiya zamanı iğtişaşların baş verdiyi, nəticədə 107 nümayişçinin saxlanıldığı deyilir.

“Reuters”in məlumatına əsasən, fəallar iyun ayında qəbul edilmiş və ali təhsil haqqının illik 835 avrodan 1 194 avroya qaldırılmasını nəzərdə tutan qərara etiraz edirlər.

Bununla yanaşı, fəallar bəyan edirlər ki, Belçika məktəblərində sinif otaqları həddindən artıq doludur və şagirdlərin tədris resurslarına çıxışı məhduddur.

“Reuters”in məlumatında, aksiyalar zamanı Liejdə fəalların bir hissəsinin binaların şüşələrini sındırdığı və yanğın törətdiyi deyilir.

Şəhərin meri Vili Demeier Belçikanın RTBF yayım şirkətinə açıqlayıb ki, sakitliyin bərpa olunacağına və gənclərin öz iradlarını dinc yolla ifadə edə biləcəklərinə ümid edir.

Oxşar