Belçikada təhsil islahatına qarşı keçirilən aksiyada polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib

18:42, 04.06.2026

 

Belçikada təhsil islahatına qarşı keçirilən etiraz aksiyasında qarşıdurmalar baş verib.

Medianın məlumatına əsasən, Brüsseldə nümayişçilər və polis arasında toqquşmalar ölkənin təhsil sektorunda planlaşdırılan islahatlara qarşı nümayişin qarşıdurmaya çevrilməsindən sonra baş verib.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

“Reuters”in məlumatına əsasən, Belçika hökuməti ali təhsilin illik təhsil haqqını 835 avrodan təxminən 1 100 avroya qədər qaldırmağı planlaşdırır.

Bununla yanaşı, islahat orta məktəbin son sinif müəllimlərinin üzərinə həftədə iki əlavə dərs saatı götürmək öhdəliyi qoyur.

Oxşar