Belçikada pensiya yaşının artırılmasına görə ümumi tətil başlayıb, hava və dəmir yolu nəqliyyatı iflic vəziyyətinə düşüb

13:23, 13.01.2025

 

Belçikada yeni pensiya islahatına görə ümumi tətildir, hava və dəmir yolu nəqliyyatı iflic vəziyyətinə düşüb. Bu barədə “Reuters” yazır.

Yanvarın 1-dən Belçikada pensiya yaşı 65-dən 66-ya qaldırılıb və 2030-cu ilə qədər 67-yə yüksələcək, bu da ictimaiyyətin etirazı ilə müşaiyət olunub.

Brüsselin Hava Limanında reyslərin demək olar ki, yarısı hava limanı işçilərinin tətil etməsi səbəbindən ləğv edilib. On minlərlə müəllim də ümummilli tətilə qoşulub, bu səbəbdən bütün ölkə miqyasında məktəblər bağlanıb.

Milli dəmir yolu operatoru NMBS bütün ölkə miqyasında yalnız məhdud sayda qatarların hərəkət etdiyini açıqlayıb.

“Reuters”in yazdığı kimi, tətil Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyata da ciddi təsir edib.

Oxşar