Belçika Gürcüstana koronavirusa qarşı vaksin verəcək. Bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayır.
Belçika başqa ölkələr üçün ilin sonuna qədər vaksinin dörd milyon dozasının ayrılmasını planlaşdırır.
İlk mərhələdə, vaksinin 168 min dozasını Ukrayna alacaq, sonra 225 mindən artıq dozasını Gürcüstan, Ermənistan və Kosova alacaqlar.
Belçika həmçinin vaksinin şərqi Avropa və Afrikanın başqa ölkələri üçün verilməsini planlaşdırır.
“Bu donasiya pandemyanın dəf edilməsi üçündür və qlobal vaksinasiyanın tezləşdirilməsi üçün bizim Avropa əməkdaşlığımızın nümunəsidir”, – Belçika Əməkdaşlıq İnkişafı naziri, Meriam Kiter bəyan etdi.