Belqradda prezidentin istefası tələbi ilə aksiyalar davam edir. Serbiya paytaxtında bu tələblə küçəyə 15 mindən artıq insan çıxdı.
Müxalifət sübut edir ki, Aleksandr Vuçiç ölkəni avtoritarizmə doğru aparır.
Aksiya iştirakçıları dinc yürüş təşkil etdilər.
Aleksandr Vuçiç ona qədər bəyan etdi ki, küçəyə hətta 5 milyon insanın çıxdığı təqdirdə, istefa vermək niyyətində deyil. Serbiyada cəmi 5 milyon insan yaşayır.