Belqorod vilayətinin qubernatoru kəndlərdən birinə hücum zamanı üç nəfərin həlak olduğunu bildirir
Belqorod vilayətinin qubernatoru kəndlərdən birinə hücum zamanı üç nəfərin həlak olduğunu bildirir

 

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov kəndlərdən birinə hücum zamanı üç nəfərin həlak olduğunu və bir nəfərin yaralandığını bildirir.

Qladkovun məlumatına əsasən, raket zərbəsi Maslova Pristan kəndinə edilib. Qubernatorun qeyd etdiyi kimi, sosial obyektin binası qismən dağılıb.

“BBC”nin rus xidmətinin məlumatına əsasən, zərbə ehtimal ki, idman kompleksinə edilib.

Qladkov, təcili yardım xidmətlərinin əməkdaşlarının hadisə yerində olduğunu deyib. İnsanlar ola bilsin dağıntılar altındadırlar.

Maslova Pristan qəsəbəsi Belqorod su anbarının yaxınlığında, Belqorod şəhərindən 15 kilometr aralıda yerləşir.