“Bələdiyyə İnkişaf Fondu”nun sabiq icraçı direktoru Davit Tabidze barəsində qətimkan tədbiri olaraq 300 000 lari girov qətimkan tədbiri tətbiq edilib

19:12, 29.10.2025

 

“Bələdiyyə İnkişaf Fondu”nun sabiq icraçı direktoru Davit Tabidze barəsində qətimkan tədbiri olaraq 300 000 lari girov qətimkan tədbiri tətbiq edilib.

Hakim qeyd olunan qərarla prokurorluğun vəsatətini təmin edib.

Davit Tabidzenin sərhədi keçməsi qadağan edilib, pasportu və şəxsiyyət vəsiqəsi də əlindən alınıb.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları vəzifə səlahiyyətindən sui-istifadə faktı üzrə Gürcüstanın “Bələdiyyə İnkişaf Fondu”nun sabiq icraçı direktoru Davit Tabidzeni oktyabrın 27-də saxlayıblar.

İstintaqın məlumatına əsasən, “Bələdiyyə İnkişaf Fondu”ndan 30 uşaq bağçasının bərpası üçün ayrılmış 9 365 801 larinin dələduzluq yolu ilə mənimsənilməsi və 1 211 000 lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə MMC “Lagi Capital”ın rəhbər şəxsləri saxlanılıblar. Qeyd edildiyi kimi, “Bələdiyyə İnkişaf Fondu”nda MMC “Lagi Capital” tərəfindən 2023-cü ilin iyulundan 2024-cü ilin may ayına qədər olan dövrdə təqdim edilən avans tələblərinin əsassız və yalnız qismən təmin edildiyi barədə məlumata sahib olublar. İstintaqın məlumatına əsasən, qeyd olunan şəxslər vəzifə səlahiyyətindən sui-istifadə ediblər və üstünlük vermək məqsədilə 2023-2024-cü illərdə uşaq bağçalarının bərpası üçün MMC “Lagi Capital”a yenə də 11 218 380 lari məbləğində əsassız avans veriblər, bu vəsaitin 9 365 801 larisini MMC “Lagi Capital”ın rəhbər şəxsləri dələduzluqla mənimsəyiblər.

Qeyd olunan iş üzrə həmçinin fondun proqram meneceri və eyni xidmətin layihə meneceri saxlanılmışdı və onlar istintaqla tam əməkdaşlıq ediblər. Məhkəmə onların barəsində girov qətimkan tədbiri tətbiq edib.

Oxşar