"Belavia" aviaşirkəti Kutaisi istiqamətinə uçuşların həyata keçirilməsinə başlayır
"Belavia" aviaşirkəti Kutaisi istiqamətinə uçuşların həyata keçirilməsinə başlayır

Cari ilin 4 avqustundan, “Belavia” aviaşirkəti Minsk-Kutaisi-Minks istiqamətilə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır. Bu barədə məlumatı Mülki Aviasiya Agentliyi yayır.

Elə onların məlumatına görə, Gürcüstan Mülki Aviasiya Agentliyinə təqdim olunan ərizəyə müvafiq olaraq, uçuşlar cari ilin 27 ktyabrına qədər, həftədə iki dəfə, hər çərşənbə və bazar günləri həyata keçiriləcək.

“Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi tərəfindən, aviaşirkətə qeyd olunan istiqamətlə uçuşların həyata keçirilməsinə icazə bu gün verildi”,- Agentlikdə bəyan edirlər.