Belarusun Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Donald Tramp Lukaşenkoya Belarusun “Sülh Şurası”nın təsisçisi olmağı təklif edib
Belarusun Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Donald Tramp Lukaşenkoya Belarusun “Sülh Şurası”nın təsisçisi olmağı təklif edib

 

ABŞ Prezidenti Donald Tramp Lukaşenkoya Belarusun “Sülh Şurası”nın təsisçisi olmağı təklif edib.

Belarusun Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankovun bəyanatına əsasən, Belarus Donald Trampın Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciətini alıb.

“Qəzzada vəziyyətin həlli kontekstində Belarusa yeni beynəlxalq təşkilatın “Sülh Şurası”nın təsisçisi olmaq təklif olunub. Amerika tərəfinin Belarusu dayanıqlı sülhün qurulması üçün məsuliyyət götürməyə hazır olan dövlət kimi qəbul etməsini yüksək qiymətləndiririk. Biz həmçinin bu təklifi Belarus liderinin şəxsi nailiyyətlərinin tanınması kimi qiymətləndiririk. Təklif Belarus Prezidentinə təqdim edilib və o, onu müsbət qarşılayıb. Mövqeyimiz belədir: “Sülh Şurası”nın fəaliyyətində iştirak etməyə hazırıq və ümid edirik ki, bu təşkilat öz fəaliyyət dairəsini və səlahiyyətlərini təklif edilən mandatdan kənara genişləndirəcək. Nəticədə, bu, Belarusun son illərdə fəal şəkildə dəstəklədiyi yeni təhlükəsizlik arxitekturasının qurulmasına töhfə verəcək” – Belarusun Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bundan əvvəl, Kremlin mətbuat katibi Dimitri Peskov Rusiya Prezidenti Vladimer Putinin diplomatik kanallar vasitəsilə ABŞ-dan “Sülh Şurasına” üzvlük üçün dəvət aldığını bildirmişdi.