Belarusun seçki komissiyası Lukaşenkonu prezident seçkilərinin qalibi elan edib, avropalı liderlərin qiymətləndirməsinə əsasən, seçkilər azad və ədalətli olmayıb
Seçki komissiyası Aleksandre Lukaşenkonu Belarusda keçirilən prezident seçkilərinin qalibi elan edib. İlkin nəticələrə əsasən, Lukaşenko səslərin 86,8%-ni toplayıb.
Avropalı liderlər seçkilərin nə azad, nə də ədalətli olduğunu bildirirlər.
“Belarus xalqının seçimi yox idi. Bu, azadlıq və demokratiyaya həsrət qalan hər kəs üçün acı gündür” – Almaniyanın xarici işlər naziri Analena Berbok X-də yazır.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas qeyd edib ki, blok “rejimə qarşı məhdudlaşdırıcı tədbirlərdən istifadə etməyə”, eyni zamanda vətəndaş cəmiyyətinə dəstəyini davam etdirəcək.
Bununla yanaşı, müxalifətçi lider Svetlana Tsixanovskaya Qərbi “Lukaşenkonun rəqiblərinin repressiyasında” iştirak edən Belarus şirkətlərinə və şəxslərə qarşı sanksiyaları genişləndirməyə çağırır.
“Nə qədər ki, Belarus Lukaşenko və Putinin nəzarəti altındadır, bütün regionun əmin-amanlığı və təhlükəsizliyinə daim təhlükə olacaq” – Tsixanovskaya bildirib.