Belarusun Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, prezident seçkilərində Aleksandr Lukaşenko qalib gəlib
Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, Belarusun prezident seçkilərində Aleksandr Lukaşenko qalib gəlib.
Belarusun Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Lukaşenko səslərin 86,82%-ni toplayıb. Digər 4 namizədə gəlincə, Oleq Qaidukeviç 2,02%, Ana Kanapatskaia 1,86%, Serqei Sirankov 3,21%, Aleksandr Xijniaki 1,74% səs toplayıb, seçicilərin 3,60%-i isə onların hamısının əleyhinə səs verib.
Xatırladaq ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və saat 20:00-da bağlanıb. Ölkə miqyasında ümumilikdə 5325 seçki məntəqəsi açılmışdı. Belarusun Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində seçici fəallığı 85,70% təşkil edib. Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidenti vəzifəsini tutur.