Belarusda prezident seçkilərində erkən səsvermə davam edir

17:22, 25.01.2025

Belarusda prezident seçkilərində erkən səsvermə davam edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, erkən səsvermənin başlanmasından 4 gün sonra seçici fəallığı 35,99% təşkil edir. O cümlədən, Brest vilayətində – 37,78%, Vitebsk vilayətində – 36,52%, Qomel vilayətində – 36,57%, Qrodno vilayətində – 35,61%, Minsk vilayətində – 36,50%, Mogilev vilayətində – 35,92%, Minskdə bu, 33,66%.

Erkən səsvermə yanvarın 21-dən 25-dək davam edəcək.

Yanvarın 26-da seçki məntəqələrinə gələ bilməyənlər erkən səsvermədə iştirak edə bilərlər.

Erkən səsvermə zamanı seçki məntəqələri saat 12:00-dan 19:00-dək fasiləsiz fəaliyyət göstərir.

Belarusda prezident seçkiləri yanvarın 26-da keçiriləcək. Seçicilər yerli vaxtla saat 08:00-dan 20:00-a kimi səs verə biləcəklər.

Vətəndaşlar onuncu beşillik müddətə namizədliyini irəli sürən Aleksandr Lukaşenko da daxil olmaqla beş namizəd arasında seçim etməli olacaqlar.

“Ölkənin özümüz, uşaqlarımız və nəvələrimiz üçün daha da gözəl və rahat olması üçün əlimizdən gələni edək.” – Lukaşenko Minskdə prezident marafonunun bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, Belarus şəhər və kəndlərin, yolların və zavodların, metro stansiyalarının və məktəblərin tikintisini davam etdirəcək, həmçinin kənd təsərrüfatını modernləşdirəcək, elm, təhsil və təbabəti inkişaf etdirəcək.

“Bu davam edəcək.” Ən əsası isə biz öz nəslimiz üçün əmin-amanlıq səmasını mütləq qoruyub saxlayacağıq”. – Aleksandr Lukaşenko qeyd edib.

Oxşar