Belarusda prezident seçkiləri davam edir

11:18, 26.01.2025

Belarusda prezident seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb, saat 20:00-da bağlanacaq.

Ölkə üzrə ümumilikdə 5325 seçki məntəqəsi açılıb. Vətəndaşlar onuncu beşillik müddətə namizədliyini irəli sürən Aleksandr Lukaşenko da daxil olmaqla beş namizəd arasında seçim etməli olacaqlar.

Bundan əvvəl ilkin səsvermə yanvarın 21-dən 25-dək keçirilib və seçicilərin 41,81%-i iştirak edib.

Oxşar