Belarusda Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirildi – Dünyanın yarısı bizim “diktaturamızı” arzulayır

15:19, 25.03.2025

 

Belarusda Aleksandr Lukaşenkonun andiçmə mərasimi mərasimlər zalında keçirilib.

Mərasimə 1100-dən çox insan dəvət olunmuşdu.

Ölkənin Seçki Komissiyasının sədri İqor Karpenko tədbirin açılışını edib və bildirib ki, Belarus xalqının iradəsi ilə, azad və demokratik seçkilər şəraitində ölkə prezidenti olaraq Aleksandr Lukaşenko seçilib.

Aleksandr Lukaşenkonun çıxışı zamanı dediyi kimi, ölkənin prioritetləri dəyişməz olaraq qalır.

“Prezidentin yeni səlahiyyət müddəti hər zaman yeni tarixi şərtlər, gözləntilər və vəzifələr deməkdir. Bizim prioritetlərimiz dəyişməzdir – bunlar sülh, təhlükəsizlik, Belarusun firavanlığı, millətin ləyaqəti və hər bir insanın rifahıdır” – Aleksandr Lukaşenko çıxışı zamanı deyib.

Bununla yanaşı, Aleksandr Lukaşenko qeyd edib ki, dünyanın yarısı Belarusun “diktaturası”nı arzulayır.

Aleksandr Lukaşenko bildirib ki, Belarusda hər kəsin öz fikrini bildirmək üçün konstitusion hüququ və imkanı var.

“Dünyanın yarısı bizim “diktaturamızı” arzulayır – xalqımızın real işləri və maraqları üzərindəki diktaturanı və söz azadlığı ilə bağlı hər şey yaxşıdır. Bizim daha çox demokratiyamız var, nəinki özlərini demokratiyanın etalonu sayanların” – Aleksandr Lukaşenko bildirib.

Belarusda prezident seçkiləri yanvarda keçirilib.

Oxşar