Belarus və Rusiya arasında təhlükəsizlik zəmanətləri barədə saziş qüvvəyə minib
Belarus və Rusiya arasında təhlükəsizlik zəmanətləri barədə saziş qüvvəyə minib

 

Belarus və Rusiya arasında təhlükəsizlik zəmanətləri barədə saziş qüvvəyə minib. Bu barədə Rusiya Prezidenti Vladimer Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoyla keçirdiyi birgə mətbuat konfransında deyib.

Putinin izah etdiyi kimi, ölkələr arasında saziş bütün mövcud vasitələrdən istifadə etməklə bir-birinin müdafiəsini təmin etmək öhdəliklərini nəzərdə tutur.

“Bu gün 2024-cü ilin dekabrın 6-da Minskdə imzalanmış təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin ratifikasiya sənədləri mübadiləsi aparıldı. Beləliklə, saziş qanuni qüvvəyə mindi. Xatırlatmaq istəyirəm ki, bu sənədlə qüvvələr və vasitələrin bütün arsenalından istifadə etməklə, Rusiya və Belarusun etibarlı müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün müttəfiqliyin qarşılıqlı öhdəlikləri müəyyən ediləcək” – Putin bildirib.

Bundan başqa, görüşdən sonra Putinin qeyd etdiyi kimi, Belarusda daimi yaşayan Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan Belarus vətəndaşları hər iki ölkədə yerli seçkilərdə seçici və namizəd kimi iştirak edə biləcəklər. O bildirib ki, bu, tərəflərin bu gün imzaladıqları və iki ölkənin vətəndaşları üçün bərabər hüquqlar haqqında 1998-ci ilin sazişinə düzəlişlər edən protokol vasitəsilə baş tutub.