Belarus Polşa ilə sərhəddə yerləşən Brest şəhəri, paytaxt Minsk və şimal-şərqdəki Vitebsk bölgəsi yaxınlığında hərbi təlimlərə başladı
Belarus Polşa ilə sərhəddə yerləşən Brest şəhəri, paytaxt Minsk və şimal-şərqdəki Vitebsk bölgəsi yaxınlığında hərbi təlimlərə başladı. Bu barədə məlumatı “Reuters” agentliyi Belarus Müdafiə Nazirliyinə istinadən yayır.
Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi təlim sentyabrın 14-dək davam edəcək.
Nazirlikdə bəyan etdiklərinə görə, təlim zamanı silahlı qüvvələr “düşmən tərəfindən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi və sərhədyanı rayonlar üzərində nəzarətin bərpası” üzrə məşq edəcəklər.
Nazirliyin bəyanatına görə, Hərbi manevrlər ATƏT-in prinsiplərinə görə əvvəlcədən bildiriş tələb etməyən qoşun və texnikanın sayını nəzərdə tutur.