Belarus parlamenti “terror aktına cəhd, dövlət və ya ictimai xadimə sui-qəsd” ittihamı ilə ölüm hökmünü təsdiqləyib
Belarus parlamenti terror aktı və dövlət və ya ictimai xadimi öldürməyə cəhdə görə edam cəzasını təsdiqləyib.
Yerli medianın məlumatına görə, bu düzəliş Belarusda müxalifət nümayəndələrinin infrastruktur obyektlərinə hücumlarının tez-tez baş verməsindən sonra qanunverici orqan tərəfindən qanuna daxil edilib.
Onların sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən sonra Belarus müxalifət hərəkatı vətəndaşları hərbi texnikanın hərəkətinə mane olacaq dəmir yolu müharibəsinə başlamağa çağırıb.
Aprelin sonunda Belarusda 60 nəfər dəmir yollarını bağlamaq ittihamı ilə saxlanılıb. Ən azı bir nəfər terrorçuluqda ittiham olunub.
Belarus Avropada ölüm hökmünün tətbiq edildiyi yeganə ölkədir.