Belarus, Azərbaycan, Macarıstan və İsrail də daxil olmaqla bir neçə ölkə Trampın "Sülh Şurası"na üzv olmağa razılaşıb
Belarus, Azərbaycan, Macarıstan və İsrail də daxil olmaqla bir neçə ölkə ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası”na üzv olmağa razılaşıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun “Sülh Şurası”na üzv olması haqda sənədi imzalayıb.
“İndilərdə ABŞ-nin təklifini qəbul etməyə və bu şuranın təsisçi üzvü olmağa hazır olduğumuzu bildirən sənədi imzaladım” – Lukaşenko bildirib.
Jurnalistin “Sülh Şurası”na üzv olmaq şərtləri və 1 milyard dollarlıq töhfə ilə bağlı sualına Lukaşenko ödəniş edilməsinin lazım olmadığı cavabını verib. Aleksandr Lukaşenko izah edib ki, ilk üç il ərzində bu təşkilatda təsisçi üzv statusu ilə iştirak ödənişsiz mümkündür.
“Üç ildən sonra seçilmədən, dəvət olunmadan və ya təyin olunmadan işləməyə davam etmək istəsəniz, bir milyard dollar ödəyəcək və daha üç il işləyəcəksiniz. Üç ildən sonra da işləməyə davam etmək istəyirsinizsə, bir milyard dollar lazımdır, lakin daha bir şərt var: sülh üçün yaxşı işləsəniz, bir milyard dollar olmadan davam edə bilərsiniz. Mən bu sonuncunu rəhbər tuturam” – Lukaşenko bildirib.
Bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvətini qəbul etdiyini və “Sülh Şurası”na qoşulacağını qeyd edib.
Bununla yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası”na üzv olmaq dəvətini qəbul etdiyi qeyd olunub.
“Hər zaman olduğu kimi, Azərbaycan beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə fəal şəkildə töhfə verməyə hazırdır” – Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Macarıstanın Baş naziri Viktor Orban da ABŞ Prezidentinin “Sülh Şurası”na dəvətinə razılaşdığını təsdiqləyib. “Prezident Tramp Macarıstanı “Sülh Şurası”na təsisçi üzv kimi dəvət edib. Əlbəttə, biz bu şərəfli dəvəti qəbul etdik” – Orban qeyd edib.
Mediada yayılmış məlumata əsasən, Argentina, Macarıstan, Qazaxıstan, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam da Trampın dəvəti ilə razılaşıb.