Beka Qiunaşvili - Krematorium yalnız müxtəlif cərrahi və baytarlıq müdaxilələri nəticəsində əldə olunan tullantıların və artıq ölmüş heyvanların utilizasiyası üçün istifadə olunur, dezinformasiyaya aldanmayın

Sosial şəbəkələr və müxtəlif agentliklər tərəfindən səhv məlumat yayıldı, guya Sahibsiz Heyvanların İdarəedilməsi Agentliyi tərəfindən nəsə qanunsuzluq olub, bu, tamamilə yalan və dezinformasiyadır – bu haqda Sahibsiz Ev Heyvanlarının İdarəedilməsi üzrə Şida Kartlinin Bələdiyyələrarası Agentliyinin rəhbəri Beka Qiunaşvili bildirib.

Onun sözlərinə əsasən, agentlikdəki krematorium yalnız müxtəlif cərrahi və baytarlıq müdaxilələri nəticəsində əldə olunan tullantıların və artıq ölmüş heyvanların utilizasiyası üçün istifadə olunur.

“Qeyd olunan hərəkət agentliyi nüfuzdan salmaq məqsədi daşıyır və bizim üçün qəbuledilməzdir. İctimaiyyəti proqramımızı nüfuzdan salmağa yönəlmiş dezinformasiyaya aldanmamağa çağırırıq. İstənilən maraqlanan şəxs, istənilən təşkilat və xidmət maraqlanması və rəsmi şəkildə müraciət etməsi halında, agentlikdən rəsmi sənədlər almaq imkanına malikdir” – Beka Qiunaşvili bildirib.