Beka Liluaşvili - ipoteka borcuna lari ilə faiz ödənişi 7 faizə qədər azaldılacaq, bu isə, tarixi minimumdur
Beka Liluaşvili - ipoteka borcuna lari ilə faiz ödənişi 7 faizə qədər azaldılacaq, bu isə, tarixi minimumdur

Hökumət tərəfindən 4 faiz ilə subsidləşdirilmiş faiz ödənizi deməkdir ki, ipoteka borcuna lari ilə faiz ödənişi 7 faizə qədər azaldılacaq, bu isə, tarixi minimumdur, – bu barədə Gürcüstanın baş nazirinin iqtisadiyyat üzrə məsləhətçisi, Beka Liluaşvili devoloper bölməsinin dəstəyi anti-böhran planının təqdimatında bəyan etdi.

Baş nazirin məsləhətçisinin bəyan etdiyinə görə, ev almağı planlaşdıran mühüm güzəştdən istifadə edə bilər.

“Gürcüstan hökuməti, Milli Bank, developer bölməsi, birgə developer bölməsinin dəstək tədbirlərini işləyib hazırladıq. Razılaşırıq ki, bu gün əsas çağırış azaldılmış satınalmalardır. Bu çağırışlara cavab vermək üçün, vacibdir ki, developer bölməsində tələbatı artıraq, yaşayış mənzillərinin əldə edilməsini daha da əlçatarlı edək. Bunun üçün Gürcüstan hökuməti ipoteka borcunun subsidləşdirilməsini həyata keçirəcək.

Konkret olaraq, subsidləşdirmənin hissəsinə gəldikdə, hökumət tərəfindən 4 faiz ilə subsidləşdirilmiş faiz ödənizi deməkdir ki, ipoteka borcuna lari ilə faiz ödənişi 7 faizə qədər azaldılacaq, bu isə, tarixi minimumdur”, – Beka Liluaşvili bəyan etdi.

Onun bəyan etdiyinə görə, subsidiya 200 min lariyə qədər borcun alınmasını nəzərdə tutan bütün borc müqavilələrini nəzərdə tutur.