Beka Liluaşvili - Baş nazir postuna kimin hansı namizədi qoyacağı heç kimə maraqlı deyil, xalqda kimin nə ilə ticarət etməsi ilə bağlı deyil, seçkiyə getmək əhvali-ruhiyyəsi yaratmalıyıq
Məsləhətləşmələr məsələsini gündəliyə daxil edən prezidentdir. Biz, əlbətdə gedəcəyik – bu haqda “Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili bəyan edib.
O, dəqiq tarix və təfərrüatların hələlik bilinmədiyini deyib.
“Prezidentimizin institutuna dəstəyimizi bilirsiniz, birbaşa Salome Zurabişvilini nə qədər dəstəklədiyimizi bilirsiniz. Həmçinin, ictimai şəkildə də demişik ki, növbəti prezidentliyə namizəd kimi arzusu olarsa, ona tam dəstək verəcəyik. Ona görə də gedib dinləyəcəyik, dəqiq tarixi və təfərrüatlarını bilmirəm. Söhbətin nə haqda olduğunu dinləyəcəyik.
Qiorqi Qaxarianın prezidentlə məsləhətləşmələrdə iştirak edib-etməyəcəyi ilə bağlı suala Beka Liluaşvili cavabında, komandanın prezidentlə görüşdə necə təmsil olunacağını bilmədiyini qeyd edib.
“Komandanın tərkibinin necə təqdim olunacağını səmimi deyirəm bilmirəm, ancaq biz həqiqətən gedəcəyik. Zənn edirəm ki, Qaxarianın keçmişdə heç bir problemi olmayıb, onun başqa vaxtda da prezidentlə görüş problemi olmayacaq. Biz heç vaxt oturacaqlara və mövqelərə asılıb qalmamışıq, əgər isti oturacaqda olmaq istəsəydik, orada idik, lakin heç vaxt bu məqsədimiz olmayıb. Ona görə də İvanişvilinin müxalifətə keçməsi və “Gürcü Arzusu”nun məğlubiyyəti kimi belə mühüm məsələlərdən öncə ictimaiyyətin diqqətini bu məsələlərə yönəltməyin. Cəmiyyətin gözündə çəkisi (dəyəri) yoxdur – baş nazir postuna kimin hansı namizədi qoyacağı heç kimə maraqlı deyil və süni mövzular yaratmayın. Seçkilər kontekstində ərkən də deyil, bu mövzulardan danışmaq tamamilə yersizdir. Xalqda kimin nə ilə ticarət etməsi ilə bağlı deyil, seçkiyə getmək əhvali-ruhiyyəsi yaratmalıyıq” – Beka Liluaşvili bildirib.