Beka Dzamaşvili bildirib ki, Cenevrə formatı çox vacibdir və bu platforma vasitəsilə Gürcüstanın Rusiyaya davam edən pozuntuların dayandırılması və Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası ilə bağlı çağırış etmək imkanı var.

16:20, 02.07.2026

Beka Dzamaşvili Cenevrə danışıqlarının 67-ci raundunda iştirak edib.

Onun sözlərinə görə, insan hüquqlarının pozulması və humanitar məsələlər üzrə fəaliyyət göstərən işçi qrup formatında əsas diqqət hüquq pozuntularının davamlı xarakterinə yönəldilib.

“Biz məcburi köçkünlərin qayıdış hüququ, hərəkət azadlığı, təhsil hüququ, mülkiyyət hüququ, yaşamaq hüququ və pis rəftar kimi məsələlərə toxunduq. Xüsusilə hüquq pozuntularının davamlı xarakteri vurğulandı,” – deyə Beka Dzamaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi həmçinin bir neçə gün əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilən qərarı da gündəmə gətirib. Həmin qərar gürcü hərbçiləri – Giorgi Ançuxelidze, Uşaŋi Xubuluri və Zaza Soqromadzenin işgəncə və qətlinə aiddir.

“Cenevrə formatı çox vacibdir, xüsusilə də Rusiya Federasiyası artıq Avropa Şurasının üzvü olmadığı bir şəraitdə. Biz bu format vasitəsilə davam edən pozuntuların dayandırılması və Strasburq Məhkəməsinin qərarlarının icrası üçün çağırış edə bilirik,” – deyə o qeyd edib.

Məlumatına görə, Cenevrə Beynəlxalq Danışıqlarının 67-ci raundu 30 iyun–1 iyul tarixlərində keçirilib, 68-ci raund isə 10–11 noyabrda planlaşdırılır.

Oxşar